
Hurriyyet.org xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın ölkəsinə sanksiya tətbiq eləmək təhdidinə qarşı Amerika hərbçilərinin məskən saldığı İncirlik və Kürəcik hərbi bazaları məsələsinin gündəmə gələ biləcəyii söyləyib. Çavuşoğlu deyib: “F-35 ilə S-400 arasında hüquqi və siyasi cəhətdn əlaqə yoxdur. ABŞ bütün təkliflərimizə “yox” deyir. Diqtə ilə heç bir şey əldə edə bilməyəcəklərini anlamalıdırlar. ABŞ müsbət yanaşsa, biz də müsbət yanaşarıq. S-400 hücum sistemi deyil ki, müdafiə sistemidir. F-35 məsələsində razılaşmasaq, başqa alternativləri nəzərdən keçirməyə məcbur olacağıq. Bu, Rusiya bazarı və yaxud başqa bazarlar ola bilər”.
ABŞ-ın sanksiya təhdidi məsələsindən bəhs edən Çavuşoğlu deyib: “İncirlik də gündəmə gələ bilər, Kürəcik də. Hər şey ola bilər. Ehtimallar üzərində danışmaq istəmirəm. Konqresin yox, iqtidarın qərarı əsasdır”.