Trampın yerinə daha qatı bir islamofob gələ bilər...






 ABŞ-dakı müsəlmanlar dövlət başçısı kimi qatı bir İslamofobun daha sərt bir anti-müsəlman əqidəli digəri ilə əvəz edilməsi perspektivindən narahatdırlar.

Moderator.az  xəbər verir ki, bu haqda "Huffington Post" nəşri məlumat yayıb. 

Gələn il ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək və Nyu Yorkun keçmiş meri Maykl Blumberq Donald Trampın yerinə prezident seçiləcəyinə ümid edərək Demokrat Partiyasından namizədliyini fəal şəkildə irəli sürür.

Nyu-Yorkdakı ziyarət və  daimi toplantı yerlərində müsəlmanlara qalmaqallı uzunillik nəzarətin arxasında məhz Blumberq dayanıb.

Müsəlman Əsəd Dandiya  hələ 2012-ci ildə 19 yaşında bir tələbə ikən Nyu-Yorkdakı müsəlmanların həyatı ilə çox maraqlanan və dostlarının dairəsinə qəbul edilməsini istəyən naməlum bir dindaşı Şamiur-Rahmanı “Facebook”da  dostluğa necə qəbul etdiyini xatırlayır. Sonradan məlum olub ki, həmin Rəhman müsəlmanlar haqda məlumatverən kimi işlədiyi üçün Nyu-York Polis İdarəsindən maaş alıb… 

O vaxtkı mer Blumberq müsəlmanlara nəzarət proqramını bəyənib və bununla bağlı qalmaqal baş verdikdən sonra da həmin tədbiri hər cür əsaslandıraraq buna nəzarət edib.

Hazırda Blumberq özünü Donald Trampın qızğın bir rəqibi kimi göstərir. Ancaq Amerika müsəlmanları sabunu bizə dəyişmək və başqa daha radikal bir islamofobu dövlət başçısı kimi qəbul etməkdən ehtiyatlanırlar. Bununla əlaqədar ABŞ-ın müsəlman insan hüquqları təşkilatları müsəlmanlar arasında intensiv məlumatlandırma aparmaq və Blumberqin seçilmək şanslarını azaltmaq niyyətindədirlər.

Sultan Laçın

Tarix: 17-12-2019, 19:09
Xəbəri paylaş





Xəbər lenti