Trampa impiçment verildi: ABŞ tarixində 3-cü hadisə və "axmaq qərar" reaksiyası


Trampa impiçment verildi: ABŞ tarixində 3-cü hadisə və "axmaq qərar" reaksiyası

ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampın impiçmentini təsdiqləyib.

Cebhe.info xəbər verir ki, Palata Trampa qarşı irəli sürülən bütün bəndlər üzrə qərarını qətiləşdirib. Beləliklə, Tramp vəzifə səlahiyyətindən sui-istifadə etmək, araşdırmaya maneə törətmək ittihamlarına məruz qalıb. Bütün respublikaçılar Trampla bağlı qərarın əleyhinə səs veriblər.  Amma Aşağı Palatada çoxluq təşkil edən demokratlar səs üstünlüyü qazanıblar.

Tramp özü isə bu qərarı Miçiqanda eşidib. O, burada seçkiöncəsi mitinq keçirib. “Bu, tamamilə qanunsuzdur və siyasi məqsəd daşıyır. Demokrat Partiyasının intihar marşıdır”, - deyə Tramp bildirib.

“Son günlər mənim reytinqimi görmüsüz? 3 ay əvvəl dedim ki, prezidentliyə namizəd olacağam. Əgər bunu deməsəydim, impiçmentlə bağlı bu axmaq vəziyyət də olmayacaqdı”, - deyə o vurğulayıb.

İndi qərar ABŞ Konqresinin yuxarı palatası olan Senata göndəriləcək. Ancaq Senatda qərarın təsdiqlənməsi çətin görünür, çünki burada üstünlük respublikaçılardadır.  

Xatırladaq ki, bu, ABŞ tarixində 3-cü hadisədir. Trampa qədər Endryu Conson (19-cu əsr) və Bill Klintonla bağlı belə qərar qəbul olunub.  

 Siam.az

Tarix: 19-12-2019, 10:00
Xəbəri paylaş





Xəbər lenti