Son bir həftədə PKK-dan qaçaraq Türkiyə Silahlı Qüvvələrinə təslim olan terrorçuların sayı 10-a çatıb.
Cebhe.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu gün də PKK sığınacağından qaçan 2 terroçu Türkiyənin İraqın Şırnaq bölgəsinin Silopi ərazisində yerləşən sərhəd məntəqəsinə gələrək təslim olublar. Bununla da könüllü təslim olan PKK terrorçularının sayı 10-a çatıb.