Rusiya 3 milyardlıq borcunu qaytaracaq - ƏMİN EDİR


Rusiya 3 milyardlıq borcunu qaytaracaq - ƏMİN EDİR

Ukrayna ilə əldə edilən qaz razılaşması sənədində bir hissə də “Qazprom"un "Naftoqaza"a 3 milyard dollarlıq borcunun ödənilməsi olacaq. 

Rusiyanın Ukraynaya borcunun ödənilməsinə dair razılıq Stokholm Arbitrajında çıxan qərardan sonra əldə olunub.

19 dekabrda Berlində son 2 ayda ilk dəfə üçtərəfli məsləhətləşmələr aparılıb. Məsləhətləşmələrdə Avropa Birliyi nümayəndəsi də iştirak edib. 9 saatlıq müzakirələrdən sonra tərəflər prinsipial razılıq əldə edib. Beləliklə, yeni müqavilənin parametrləri müəyyən edilib. 

20 dekabrda Rusiya və Ukrayna Minskdə danışıqları davam etdirməyi qərara alıb. "Qazprom"  əmin edib ki, görüş yüksək səviyyədə keçiriləcək.  /Cebhe.info/


Tarix: 20-12-2019, 14:51
Xəbəri paylaş





Xəbər lenti