Hakimdən sabiq prezidentlə bağlı QANDONDURAN QƏRAR - Pərviz Müşərrəf edamdan öncə ölərsə, 3 gün müddətində sürüklənəcək



Hakimdən sabiq prezidentlə bağlı QANDONDURAN QƏRAR - Pərviz Müşərrəf edamdan öncə ölərsə, 3 gün müddətində sürüklənəcək

Hurriyyet.org xəbər verir ki, Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfə edam cəzası kəsən xüsusi məhkəmə onun edam edilmədən əvvəl öləcəyi təqdirdə cəsədinin sürüklənməsini, 3 gün boyunca meydanda xalqa nümayiş etdirməsini də qeyd edib.  Pakistan hökuməti bu qərarı verən hakimin işdən çıxarılması üçün hərəkətə keçib.

9 il Pakistana rəhbərlik eləmiş 79 yaşlı, hazırda Dubayda yaşayan Pərviz Müşərrəf qanunsuz qərarlar vermək, vətənə xəyanət kimi ittihamlarla qiyabi mühakimə olunub.

Qərarı İslamabad  şəhərindəki Karaçi və Lahor Ali məhkəmələri sədrlərinin də iştirak elədikləri xüsusi məhkəmə verib. Xüsusi məhkəmənin qərarının mətnindəki maddələrin birində edamdan əvvəl öləcəyi təqdirdə cəsədinin  sürüklənərək İslamabadda dövlət binalarının yerləşdiyi rayona gətirilməsi və 3 gün burada nümayiş etdirilməsi xalq arasında böyük qəzəb və hiddətə səbəb olub.

Qərara sərt etirazını bildirən Pakistanın federal hüquq və ədliyyə naziri vəkil doktor Məhəmməd Faroqh Nəsim deyib: “Bu, bir hakim tərəfindən verilən görünməmiş alçaldıcı bir qərardır. Bir hakim belə bir qərar verirsə, o zehni cəhətdən bu vəzifəni yerinə yetirməyə layiq deyil”. O, qərara bu bəndi əlavə edən Peşəvər Ali Məhkəməsinin sədri Vaqar Əhməd Səthin vəzifəyə layiq olmadığını və bu işin araşdırılmasının lazım olduğunu bildirib.

Siam.az

Tarix: 20-12-2019, 22:26
Xəbəri paylaş





Xəbər lenti