Hərbi büdcəsi ABŞ-dan 20 dəfə az olan Rusiya bu səbəbdən narahat deyilmiş...

“Bir güllə kifayət edən yerdə bütöv bir patron darağına ehtiyac yoxdur” 
Dünyanın iki ən böyük güc mərkəzi hesab edilən ABŞ və Rusiya arasında soyuq müharibə dönəmindən miras qalan silahlanma yarışının bu gün də davam etdiyi, hər iki dövlətin zaman-zaman öz yeni raket sistemləri, döyüş texnikaları ilə gündəmə gəldiyi, hərbi-sənaye kompleksinin inkişafına milyard dollarla vəsait ayırdığı hər kəsə bəllidir. ABŞ-ın hərbi sahəyə  Rusiyadan dəfələrlə çox, daha dəqiq desək 738 milyard dollar vəsait ayırdığı, Rusiyanın isə 47 milyard dollarlıq göstərici ilə Amerikadan 20 dəfə geri qaldığı da məlum həqiqətlər sırasındadır.
 
Maraqlıdır, Rusiyanın ABŞ-dan bunca geriliyi Kremli narahat etmirmi? Moskva həqiqətənmi bu fərqi aradan qaldırmaq üçün gərəkli olan vəsaiti əldə edə bilmir?
 
Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sualın cavabı Rusiya Hərbi Elmlər Akademiyası təmsilçisinin açıqlamasında öz əksini tapıb. Belə ki, sözügedən akademiyanın prefossoru Sergey Sudakov bu kimi məsələlərdə Rusiyanın kafilik və səmərəlilik prinsipinə diqqət yetirdiyini vurğulayıb. O, qeyd edib ki, ABŞ hərbə Rusiyadan 20 dəfə çox vəsait sərf etsə də, bu, Pentaqonun Rusiyadan hərbi baxımdan üstün olması demək deyil. Rusiyanın bu məsələdə “kifayət etmə” prinsipini rəhbər tutduğunu bildirən professor vurğulayıb ki, bir insanı öldürmək üçün bir güllə bəs etdiyi halda, buna bütöv bir patron darağını sərf etmək mənasızdır.
 
Başqa sözlə desək, rus hərbi ekspert ABŞ və Rusiya arasında müharibə baş verəcəyi təqdirdə Rusiyanın hərbi arsenalının ABŞ-ı məhv etməyə yetərli olacağını, bu səbəbədən də Rusiyanın “gərəyindən daha artığına” can atmadığını diqqətə çatdırıb.
Tarix: 21-12-2019, 14:23
Xəbəri paylaş





Xəbər lenti