“Türk əsgərlərinin qəhrəmanlığı rus generallarını dəhşətə gətirmişdi”

 
Dilavər Əzimli: “Onlar şaxtada dondular, amma təslim olmadılar”
“Sarıqamış faciəsi baş verməsəydi, “erməni məsələsi” birdəfəlik öz həllini tapacaqdı” Dekabr ayı türk dünyası üçün ən ağır günlərədn biri olan Sarıqamış faciəsinin ildönümüdür. Maraqlıdır, əgər 1914-cü ilin dekabrı -1915-ci ilin yanvarında baş verən Sarıqamış faciəsi nəticəsində 90 min türk əsgəri donaraq şəhid olmasaydı, olaylar fərqli məcrada inkişaf edə, proseslər rus ordusunun məğlubiyyəti ilə nəticələnə bilərdimi?
 
Moderator.az-a açıqlama verən  BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimlinin fikrincə, Sarıqamış faciəsi regionda rusların mövqeyini gücləndirməklə yanaşı, erməni təxribatları üçün də geniş fürsət yaratdı:
 
“Sarıqamış faciəsi Türk-Müsəlman dünyasının həyatında ciddi məğlubiyyət idi. Bu əməliyyat hazırlanan il sərt qış oldu... Əslində bu əməliyyatın hazırlanmasına Osmanlı komandanlığı arasında yekdil fikir yox idi. Əməliyyatın uğursuz olacağını hesablamışdılar. Onlar hesab edirdilər ki, bir qədər gözləyib, hazırlığı artırıb hücum etmək lazımdır. Amma Ənvər Paşa hücum əmrini verdi. Osmanlı ordusu silah-sursat cəhətdən də yaxşı təmin olunmamışdı. Nəticədə, məğlubiyyət və faciə oldu. Ən dəhşətli nəticə isə özünu bundan sonra göstərdi. Rusiya qələbə əldə etdi. Regionda Rusiyanın mövqeyi artdı. Bu isə ermənilərin üstünlüyü demək idi.
 
Bu məğlubiyyət daha çox Azərbaycanın taleyində mənfi rol oynadı. Hesab edirik ki, bu əməliyyat qələbə ilə nəticələnsəydi, "erməni məsələsi" birdəfəlik həllini tapardı. Çünki Ənvər Paşa "erməni məsələsi" nin birbaşa kəsilib atıımasının tərəfdarı idi. Göründüyü kimi, məğjubiyyət bizım ziyanımıza işlədi.
 
Bu, olduqca böyük faciə olsa da, həm də Türkün qəhrəmanlıq səhifəsi idi. Qəhrəman Türk əsgəri soyuq şaxtada da sonacan döyüşdü, dondu, təslim olmadı. Rusiya generalları onların cəsarətindən dəhşətə gəlmişdilər. Bu haqda onların çoxlu xatirələri vardır. Bu əməliyyatda çoxlu sayda Azərbaycan könüllüləri də döyüşürdü. Bu, həm də Türk qardaşlığının ən böyük nümunəsi idi”.
Tarix: 23-12-2019, 22:01
Xəbəri paylaş





Xəbər lenti