Barıt qoxusu çəkilməyən Suriya - müharibəni yekunlaşmağa qoymayan səbəblər

 

İdlib yenə bombalandı, Lavrov suriyalı həmkarı ilə görüşdü; politoloq: “Türkiyə və Rusiya bu regionda sakitləşə bilmirlər, böhranlı vəziyyət qalacaq”

Suriya müharibəsi bitməyən bir savaşa çevrilib. 2011-ci ildən bu ölkədə güllə səsləri dayanmır. Hələ də şəhərlərindən barıt qoxusu gəlir, dağıntılar, xarabalıqlar, təhlükəsizliyə zəmanət yox...

Son 8 ildə dünyanın ikinci belə coğrafiyası yoxdur ki, orada müharibə qurtarmasın. Amma Şərqin qapısı sayılan Suriyada bütün güclər güc sərf edir, bütün qüvvələr döyüşür, müxtəlif qruplar, maraqlar var.

Odur ki, hər gün bombardman, qan, göz yaşı, tələfat və dinc əhalinin vətənindən baş götürüb qaçması davam edir. Bəziləri Suriya böhranının daha da alovlanacağını proqnozlaşdırır.

Dünyaya hakim olan qüvvələrin Suriya uğrunda heç bir kompromisə gələ bilmədikləri üçün savaşın davamı ola bilər.  Terror qrupları da bölgədən çıxmayıblar.

Syria İdlib ile ilgili görsel sonucu

Suriya ordusu İdlib əyalətindəki Karratin əl-Kəbir kəndinə girməyə çalışan yüzlərlə “Həyat Təhrir əş-Şam” terrorçularının hücumunu dəf edib.

Bu barədə Suriyada tərəflərin barışıq mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov məlumat verib. Onun sözlərinə görə, axşam saat 19:00 radələrində terrorçular minalanmış avtomaşının köməyi ilə Sukayyat kəndinin şimalında yerləşən Suriya ordusunun mövqelərinə hücuma keçmək istəyiblər. Kamikadze-sürücü hökumət qüvvələri tərəfindən məhv edilib.

Bu arada isə Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla onun suriyalı həmkarı Valid Muallim arasında görüş keçirilib.

Görüşdə Suriya münaqişəsinin nizamlanması və iki ölkə arasındakı münasibətlər müzakirə olunub.

Görüşün protokol hissəsində çıxış edən Rusiya XİN başçısı Suriyanın suverenliyini və ərazi bütövlüyünün bərpa olunması üçün mümkün olan hər şeyi edəcəklərini bildirib:

“Biz əlimizdən gələni edəcəyik ki, BMT Təhlükəsizlik Şurasının 2258 saylı qətnaməsi tam həcmdə icra olunsun. Hansı ki, bu qətnamə Suriya Ərəb Respublikasının suverenliyi və ərazi bütövlüyünün tam bərpasını nəzərdə tutur”, - deyə S. Lavrov vurğulayıb.

Syria İdlib ile ilgili görsel sonucu

Suriya XİN başçısı qeyd edib ki, səfərin məqsədi ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın səviyyəsini artırmaqdır.

“Prezident Bəşər Əsəd tərəfindən qəti qərar qəbul olunub ki, Suriyanın iqtisadi əlaqələrinin qurulmasında Rusiya kompaniyalarına prioritet verilsin.

Ona görə ki, məhz Rusiya Federasiyası prezident Vladimir Putinin sayəsində terrorla mübarizədə Suriya ilə çiyin-çiyinə dayanıb", - deyə V. Muallim vurğulayıb.

Politoloq Ramiyə Məmmədova ile ilgili görsel sonucu

Politoloq Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, Suriya müharibəsi davam edəcək. O, Türkiyə sərhədinə daha 10 min qaçqın gəldiyini açıqladı:

“Bugünlərdə Rusiya və Suriya İdlibi bombaladı. Türkiyə və Rusiya bu müharibədə sakitləşə bilmirlər. Türkiyə Suriyaya ordu yeritmək və qaçqınları ərazilərə yerləşdirməyənə qədər müharibədən çəkilməyəcək.

Rusiya isə Yaxın Şərqdə Suriyanı qorumaq və Əsəd hakimiyyətini saxlamaq üçün bölgəni tərk etmir. Üstəlik, Rusiyanın bu ölkədə petrol payı da var.

Rusiya istəyir ki, Türkiyə Suriyadan çıxsın. Ancaq Türkiyə kürd dövlətinin yaradılmasına imkan verməyəcək. Digər tərəfdən, Amerika kürdləri aldatdı və Suriyada onları satdı. Odur ki, böhranlı vəziyyət qalacaq".


Tarix: 24-12-2019, 08:23
Xəbəri paylaş





Xəbər lenti