Çernobılda qəzadan sonra ilk dəfə Yeni il yolkası quruldu - FOTO


Çernobılda qəzadan sonra ilk dəfə Yeni il yolkası quruldu - FOTO

Ukraynanın Pripyat şəhərində Çernobıl atom elektrik stansiyasında (AES) qəzadan sonra ilk dəfə Yeni il yolkası quraşdırılıb.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bayram ağacı şəhərin mərkəzində "Energetik" mədəniyyət sarayının qarşısında qurulub.

Şəhərin keçmiş sakinləri ağacı bayram oyuncaqları və özlərinin uşaqlıq şəkilləri ilə bəzəyiblər.

Pripyat şəhəri Çernobıl AES-dan 3 kilometr aralıda yerləşir. Qəzadan əvvəl burada 47,5 min insan yaşayıb. Radiasiya yüksək səviyyədə olduğundan əhali şəhəri tərk edib.

Tarix: 26-12-2019, 21:28
Xəbəri paylaş





Xəbər lenti