Gələn ilin əsas siyasətçiləri Putin və Merkel olacaq – Sorğu

     Almaniya əhalisinin fikrincə Vladimir Putin, Angela Merkel və Emmanuel Makron gələn il qlobal problemlərin həllində əhəmiyyətli rol oynayacaqlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Yougov İnstitutunun keçirdiyi sorğuya əsasən “Welt am Sonntag” nəşri məlumat yayıb.
Sorğu iştirakçıları 2020-ci ildə beynəlxalq çağırışların həllində daha mühüm rol oynayacaq bir siyasətçi seçməli idilər.
Qeyd olunur ki, Angela Merkelə respondentlərin 22, Vladimir Putinə 20, Emmanuel Makrona 19 faizi səs verib. Sonrakı yerlərdə Donald Tramp (16%), Avropa Komissiyasının sədri Ursula fon der Lyayen (12%), Si Cinpin (10%) və Boris Conson (9%) gəlir.
Rəyi soruşulanların 29%-i hesab edir ki, siyasətçilərdən heç biri qlobal problemləri həll edə bilməyəcək.
Nəşrdə sorğu iştirakçılarının sayı göstərilməyib.
Tarix: 29-12-2019, 20:29
Xəbəri paylaş





Xəbər lenti