Rusiyanın Sankt-Peterburq şəhərində iki nəfər saxlanılıb.
Onlar yeni il axşamı ölkənin şimal paytaxtında partlayış törətmək istədiklərini etiraf ediblər.
Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, soyadları açıqlanmayan bu şəxslər 27 dekabda saxlanılıblar. Onlar barədə məlumatı ABŞ xüsusi xidmət orqanları Rusiyaya verib. Saxlanılanlara qarşı terror təşkilatının fəaliyyətində iştirak maddəsi ilə cinayət işi açılıb.
29 dekabrda Rusiya Prezidenti Vladimir Putin telefonla amerikalı həmkarı Donald Trampa təşəkkür edib.