İraqda "Haşdi Şabi" qruplaşması tərəfdarları ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.
Cebhe.info yerli KİV-ə istinadən bildirir ki, etirazçılar səfirlik binasına daxil olmağa cəhd ediblər. ABŞ-ın ötən gün “Hizbullah”a qarşı keçirdiyi əməliyyata etiraz edən "Haşdi Şabi" qruplaşması tərəfdarları səfirlik qarşısında çadırlar qurmağa başlayıblar. Yerli mətbuatın xəbərinə görə, amerikalı diplomatlar etirazçılar əraziyə daxil olmazdan öncə səfirlik binasını tərk ediblər. Türkiyənin NTV telekanalı isə bu arada aksiyaçıların artıq səfirliyin binasına daxil olduqları barədə məlumat yayıb. Etirazçıların səfirlik binasında yanğın törətdikləri bildirilir.
Qeyd edək ki, Qərb mediyası xəbəri “İraqdakı ABŞ səfirliyi işğal edildiyi” başlığı ilə yayıb