Tarixdə bu gün: 2 yanvar

  Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır Qısaca nəzər salaq.
1788 - Corciya ABŞ Konstitusiyasını təsdiqləyən dördüncü ştat oldu.
1833 - İki ingilis hərbi gəmisi Britaniyanın Folklend adaları üzərində Britaniya suverenliyini təsdiqləmək üçün adaya istiqamət götürdü.
1839 - Lui Dager Ayın ilk fotoşəklini çəkdi.
1870 - Bruklin körpüsünün inşası başladı.
1905 - Rus-Yapon müharibəsi: Rusiyanın Port Artur şəhəri və Çindəki rus qarnizonu yaponlara təslim oldu.
1942 - II Dünya Müharibəsi: Manila Yaponiya tərəfindən işğal olundu.
1949 - Luis Munyoz Marin Puerto-Rikonun ilk demokratik yolla seçilən qubernatoru oldu.
2002 - Argentina Qanunverici Məclisinin qərarı ilə Eduardo Duhalde Argentinanın müvəqqəti prezidenti təyin edildi./Cebhe.info/

Tarix: 2-01-2020, 09:29
Xəbəri paylaş





Xəbər lenti