Rusiya Xarici İşlər Nazirliyi İraqda ABŞ-ın raket zərbəsi nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri, general Qasım Süleymaninin öldürülməsini pisləyən bəyanat yayıb.
Modern.az-ın məlumatına görə, bəyanatda deyilir:
“ABŞ-ın Bağdad ətrafına endirdiyi raket zərbəsi nəticəsində general Qasım Süleymaninin öldürülməsini bütün regionda gərginliyi artıracaq avantürist addım kimi dəyərləndiririk. Qasım Süleymani İranın milli mənafeyinə sədaqətlə xidmət edirdi. İran xalqına səmimi qəlbdən başsağlığı veririk”.