İran bütün raket bazalarını səfərbər elədi: ABŞ Patriotları yerbəyer edir
İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra bölgədə gərginlik getdikcə artır. İranın bütün ballistik raket bazalarını fövqəladə vəziyyətə gətirdiyi, ABŞ-ın isə Yaxın Şərqdə “Patriot PAC-3” raket sistemlərini yerləşdirdiyi bildirilir.ABŞ Hava Qüvvələrinin İordaniyadakı hərbi bazalara İran İnqilab Keşikçiləri Ordusunun raket hücumuna qarşı Patriot havadan-havaya raket sistemləri göndərdiyi xəbəri yayılıb.
“ABŞ hərbçilərinə yer verən bütün ölkələrə raket ata bilərik”İran İnqilabı Keşikçilərinin Hava Qüvvələrinin isə bütün ballistik raket bazalarını təcili səfərbər elədiyi bildirilir. İran mətbuatı İnqilab Keşikçilərinin BƏƏ, Qətər, Səudiyyə Ərəbistanında ABŞ Hava Qüvvələri təyyarələrinin yerləşdirildiyi müxtəlif hava bazalarına raket atmağa hazır olduqları xəbərini yayıb.
Həmçinin, ABŞ-ın İordaniyaya 3 gəmi ilə PAC3 havadan-havaya raket sistemləri də daxil olmaqla, ağır sursat və silahlar göndərdiyi iddia edilir./Hurriyyet.org/
Tarix: 4-01-2020, 22:16