İran dini lideri əfsanəvi generalları Qasim Süleymaninin öldürülməsinin intiqamının acı olacağı vədini vermişdi.
Ovqat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, artıq ilk cavab zərbələri gəlib.
İraqın Səlahəddin bölgəsində yerləşən ABŞın Bələd hərbi bazasına ard-arda zərbələr endirilib.
Bağdaddakı ABŞ səfirliyi binasının yaxınlığına da iki raket atılıb.
İtki barədə heç bir məlumat verilmir.
Hücumların məsuliyyətini hələ ki üzərinə götürən olmayıb.