SOROS Paşinyanı inqilabla hədələdi


SOROS Paşinyanı inqilabla hədələdi 

Sorosun ofisi (“Açıq Cəmiyyət” Fondu-Ermənistan) Ermənistanın Baş naziri Nikol Paşinyanı təhdid edib.

Paşinyan iqtidarı beynəlxalq birliklə əməkdaşlıq etməsə,  legitimliyinə etimadsızlıq problemi yaradılacaq.

Cebhe.info-nun məlumatna görə, qeyd edilən açıqlamanı “Veto” hərəkatının təsisçisi Narek Malyan Ermənistan mətbuatına verib. “Fond hakimiyyətin əsas səhmdarıdır. Uzun illər ərzində bu fond hökumətin bir hissəsini təşkil edib və hakimiyyət dəyişikliyi prosesində çox vacib rol oynayıb”.

O, əlavə edib ki, “Açıq Cəmiyyət Fondu - Ermənistan”ın üzvləri və liderləri artıq hakimiyyətlə işlədiklərini açıq şəkildə nümayiş etdirir”. “Əminəm ki, Sorosun ofisi şantaj yolu ilə Nikol Paşinyanın kabinetində öz gündəliyini təbliğ edir. Sorosun ofislər şəbəkəsi beynəlxalq platformada daha geniş yayılıb. Nəticədə Nikol Paşinyanı beynəlxalq legitimlikdən məhrum edəcəkləri ilə təhdid edə bilər”. 

Onun sözlərinə görə, Baş nazir bəzən bu cür yanaşmalara çox zəif etiraz edir. Lakin Açıq Cəmiyyət Fondu- Ermənistan ofisi tərəfindən irəli sürülən gündəlik hələ qəbul olunur. Malyan qeyd edib ki, “Açıq Cəmiyyət Fondu - Ermənistan”ın ofisi baş naziri ictimai dəstəkdən məhrum etməklə də şantaj edir. Açıq Cəmiyyət Vəqfləri - Ermənistan nümayəndəliyinin yaratdığı təhdidlərdən danışan Malyan ofisin transgender təbliğatı ilə fəal məşğul olduğunu deyib. 

Onun sözlərinə görə, ofis erkən yaşdan uşaqlara səylə gender bərabərliyini təbliğ edir. Bundan sonra uşaqlar yetkinlik yaşlarında cinslərinə şübhə edəcəklər. Malyan onu da deyib ki, hazırkı hökumətin bir çox nümayəndəsi bu ofislə əməkdaşlıq edir və onlar Nikol Paşinyana deyil, Açıq Cəmiyyət Fondunun icraçı direktoru Larisa Minasyana daha çox tabe olur. 

Tarix: 5-01-2020, 21:11
Xəbəri paylaş





Xəbər lenti