İran prezidenti ABŞ-a 1988-ci ildə vurulmuş sərnişin təyyarəsini xatırladıb
İran prezidenti
Həsən Ruhani ABŞ prezidenti
Donald Trampın islam respublikasının
52 obyektinə zərbə endirəcəyi barədə təhdidinə cavab olaraq Birləşmiş Ştatlara 1988-ci ildə vurulmuş sərnişin təyyarəsini xatırladıb.
“Report”un məlumatına görə, İranın dövlət başçısı bununla bağlı bəyanatı özünün “Twitter”dəki hesabında paylaşıb.
Ruhani qeyd edib ki, onun ölkəsində ABŞ-ın obyektlərinə cəza kimi zərbələr endirmək üçün səbəblər çoxdur. "Kim ki,
52-yə istinad edir,
290 sayın və
IR655 reysini xatırlamalıdır. Heç vaxt İran xalqını hədələməyin", - deyə İran lideri sosial şəbəkədə yazıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın
52 ob
yektinə hücüm etməyə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, hədəflərdən bəziləri "İran və İran mədəniyyəti üçün əhəmiyyətlidir".
Tarix: 7-01-2020, 09:37