İsrail Lapşinin Qarabağa səfərinə rəsmi “bəraət” qazandırdı?..-FOTO


Yəqin ki, əlaqədar qurumlar indiki həssas durumda xəbərin dezinformasiya olub-olmadığını dəqiqləşdirəcəklər...




İsrail hüquq-mühafizə orqanlarının  Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfərləri  ilə bağlı barəsində müvafiq cinayət işi qaldırılaraq 2017-ci ildə təxminən 8 ay  Bakıda həbsdə saxlanılmış və sonradan ölkə başçısı İlham Əliyev tərəfindən əfv edilmiş ermənipərəst bloger Aleksandr Lapşinin  işinə baxaraq guya onun Qarabağa səfərinə haqq qazandırmaları barədə məlumat yayılıb. 

Moderator.az xəbər verir ki,  bu haqda Lapşinin adından məlumat ermənilər tərəfindən Rusiyaya məxsus “VKontakte” sosial şəbəkəsində yayılıb.

Məlumatda guya Lapşin belə yazır: 

“İndi bu, rəsmidir. İsrail mənə “Artsax”a turist səfəri ilə bağlı Azərbaycanda verilmiş hökmü qanuna uyğun olmayan hesab edir. İsrail Baş Prokurorluğu və Qüdsdəki(Lapşin “Yerusəlim” yazıb-S.L.) Polis İdarəsi Azərbaycan məhkəməsinin qərarını araşdırıb və hökmün İsrail qanunlarına uyğun olmadığı və vətəndaşın şəxsi işinə daxil edilməsinin mümkün olmaması barədə qərar verib. Hesab edirəm ki, bunu bilmək vacibdir”.

Paylaşmada blogerin fotosu ilə yanaşı İsrail Polisinin yə yəhudi və ingilis dilində qərarının surəti kimi görünən sənədin foto-surəti də təqdim edilib.

P.S. Yəqin ki, əlaqədar qurumlar indiki həssas durumda xəbərin dezinformasiya olub-olmadığını İsrailin ölkəmizdəki səfirliyi vasitəsi ilə dəqiqləşdirəcəklər...

Sultan Laçın
Tarix: 8-01-2020, 15:30
Xəbəri paylaş





Xəbər lenti