Tramp Rusiya obyektlərini vuracaqmış: – Pentaqon III Dünya Müharibəsinin qarşısını belə alıb...





ABŞ prezidenti Dondal Tramp ötən il Suriyadakı Rusiya hərbi obyektlərinə raket zərbəsi endirmək təşəbbüsü ilə çıxış edib.

 

Moderator.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, Suriyada ABŞ-ın üstünlüyün təmin etməyə çalışan Tramp, bu ölkədəki Rusiya və İran hərbi obyektlərini qəfil raket zərbələri ilə sıradan çıxarmaq istəyib. Lakin Pentaqon rəhbərliyinin Trampla apardığı gərgin danışıqlardan sonra ABŞ prezidentini öz niyyətindən çəkindirmək mümkün olub.

 

Məlumata görə, Pentaqon bu plandan imtina etməyi və bunun əvəzində Suriyadakı hökumət obyektlərinə zərbə endirməyi təklif edib. Trampın məlum təklifi dəstəkləməsi və ona “yaşıl işıq” yandırmasının ardınca 2019-cu ilin 14 aprel tarixində ABŞ ordusu Fransa və İngiltərənin dəstəyi ilə Suriyadakı bir sıra hökumət obyektlərini yerlə bir edib.

 

Mütəxəssislər hesab edir ki, Pentaqon Trampı Rusiya hərbi obyektlərinə hücum etmək niyyətinən daşındırmaqla, faltiki olaraq III Dünya Müharibəsinin qarşısını alıb. Belə ki, Suriyadakı rus hərbi obyetlərinə kütləvi raket hücumu Rusiyanı bu həmləyə cavab vermək məcburiyəti qarşısınbda qoyacaqdı ki, bu da yeni Dünya Müharibəsinin başlaması demək olacqdı.

Tarix: 8-01-2020, 16:59
Xəbəri paylaş





Xəbər lenti