Xəlifə Haftarın koomandanlıq etdiyi Liviya milli ordusu atəşin dayandırılması barədə Rusiya və Türkiyənin təşəbbüsünü rədd edib.
Bu barədə Liviya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi general Əhməd əl-Mismari bildirib.
Çərşənbə günü İstanbuldakı görüşdən sonra Rusiya və Türkiyə prezidentləri - Vladimir Putinlə və Rəcəb Tayyib Ərdoğan Liviya münaqişəsinin bütün tərəflərini yanvarın 12-də gecə yarısından döyüş hərəkətlərini dayandırmağa çağırıblar.
Qeyd edək ki, Xəlifə Hatarın ordusu Liviyanın bir sıra şəhərlərini nəzarət altına alıb. (Report.az)