İngiltərədə həyat yoldaşı şahzadə Harri ilə kral ailəsindəki üst səviyyəi vəzifələrindən imtina edəcəyini açıqlayan Meqan Markle Kanadaya qayıdıb.
Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, altı həftəlik Cənubi Amerika tətillərindən bazar ertəsi günü Londona qayıdan cütlük səkkiz aylıq oğulları Arşieni Kanadada dayəsinin öhdəsinə qoymuşdu. Cütlüyün məsləhətləşmədən qəbul etdiyi qərardan xəyal qırıqlığına uğradığı deyilən kraliça 2-ci Yelizaveta oğlu şahzadə Çarlz və şahzadə Harrinin böyük qardaşı şahzadə Vilyamdan problemi bir neçə gün içində həll etməyi xahiş edib.
Saray rəhbərlərinin İngiltərə, Kanada və ABŞ hökumətləriylə də görüşlər keçirdiyi xəbər verilir. Bu görüşlərin cütlüyün qorunması üçün həyata keçiriləcək təhlükəsizlik xərclərinə fokuslandığı qeyd edilir.
Saray rəhbərliyi dünən Marklın Kanadaya getdiyini BBC-yə təsdiqləyib. İngiltərə qəzetlərinin yazdığına görə, Markle tətildən qayıdandan sonra Londonda uzun müddət qalmağı planlaşdırmırdı. Cütlük çərşənbə günü verdiyi açıqlamasında zamanlarını Cənubi Amerika ilə İngiltərə arasında böləcəklərini və iqtisadi azadlıqlarını qazanmağa çalışacaqlarını açıqlamışdı.
Cütlüyün qərarına baxmayaraq, şahzadə Harrinin taxtın altıncı varisi olmağa davam edəcəyi qeyd olunur. ABŞ vətəndaşı olan keçmiş aktrisa Markle populyar Amerika serialı olan Suitsdə baş rol ifa edərkən Torontoda yaşamışdı. 38 yaşındakı Marklenin burada kanadalı dostlarından ibarət bir çevrəsinin olduğu da yayılan xəbərlər sırasındadır.
Sevinc, musavat.com