«AzProlitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqon Rusiya və Çinə qarşı durmaq üçün xüsusi ixtisaslaşmış bölmələr yaratmaq niyyətindədir. Bu barədə yanvarın 10-da «Bloomberq» agentliyi xəbər verib.
Agentliyin məlumatına görə, bölmələr Amerika Birləşmiş Ştatları (ABŞ) Milli Hərbi-Kosmik Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq şəraitində yaradılacaq. Bu idarə o cümlədən, ABŞ kəşfiyyat peyklərinin işlənib hazırlanmasına və onların idarə olunmasına cavabdehdir.
Ehtimala görə, qruplaşma Filippinin və Tayvanın şərqindəki adalarda yerləşəcək və yerüstü və dəniz hədəflərini vura biləcək uzaq məsafəli yüksək dəqiqlikli raketlərlə silahlanacaq.
Xüsusilə, söhbət hipersəs sürətli raketlərdən gedir. Bundan başqa, qruplaşma kiberəməliyyatlar da həyata keçirə biləcək.
ABŞ-ın ordu (quru qoşunları) naziri Oayan Makkartinin sözlərinə görə, bu, «bölgədə Rusiya və Çini qismən neytrallaşdırmaq üçün lazımdır.
Bölmənin nə vaxt yerləşdiriləcyi dəqiqləşdirilmir. Makkartinin bu gün Vaşinqtonda izahat səciyyəli çıxışı gözlənilir.