Türkiyədə daha bir antiterror əməliyyatına başlanılıb.
"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin cənubunda Hatay vilayətində ordu genişmiqyaslı antiterror əməliyyatına başlayıb.
Ölkənin Dаxili İşlər Nаzirliyində bildirilib ki, “Kapan-2” adı almış əməliyyatda asayiş keşikçilərinin 585 əməkdaşı, o cümlədən polislər və jandarmlar cəlb edilib.
Güc strukturlarının əsas vəzifəsi Amanos dağlıq silsiləsi ərazisindəki PKK terroru təhlükəsinin tam aradan qaldırılmasıdır.
Artıq əməliyyatın ilk saatlarında terrorçuların 3 sığınacağı və anbarı aşkarlanıb, bir əldəqayırma partlayıcı qurğu məhv edilib.