Tehrandan Ağ Evə “uçurulan” xəbər: Gizli sövdələşmə Süleymaninin qisasını arxivə atdı?

Tehrandan Ağ Evə “uçurulan” xəbər: Gizli sövdələşmə Süleymaninin qisasını arxivə atdı?


General Qasım Sülemaninin öldürülməsindən sonra ABŞ-ın İraqdakı hərbi bazasına İran tərəfində endirilən raket zərbələrində tələfat və dağıntının olmaması bəzi suallar yaradıb. 

Ehtimallara görə, ABŞ əvvəldən bu raket zərbələrindən xəbərdar olub və baza boşaldılıb. 

Cebhe.info xəbər verir ki, CNN telekanalı da diqqəti bu iddalara yönəldib. Telekanal ABŞ hərbçilərinin İraqdakı Eyn əl- Əsəd bazasına hücumu barədə əvvəlcədən xəbərdar olmasına dair informasiyaya malik olduğunu iddia edib. İddiaya görə, hücumdan qısa müddət əvvəl hərbçilər sığınacaqda yerləşdirilib. Bəziləri bunun hücumdan 2,5 saat əvvəl olduğunu bildirib.

Bəzi raketlər düz hərbçilərin yanında partlayıb və onlar sığınacaqda tam təhlükəsizlikdə olublar. Telekanal əməkdaşları bu faktı bazadakı hərbçilərlə söhbət nəticəsində üzə çıxarıblar. Hərbçilər hücumu gözlədikləriin, ancaq necə davranmağı bilmədiklərini açıqlayıblar. 

Bəzi mənbələrə görə, hücum barədə İraq tərəfinin məlumatı olub və rəsmi Bağdad Ağ Evi məlumatlandırıb. Bağdada isə xəbər rəsmi Tehrandan “uçurulub”. 

Beləliklə, İran həm  daxilə hesablanmış siyasət yürüdərək Qasım Süleymaninin qısasını almış olub, həm də ABŞ-la gərginliyin dərinləşməsinin qarşısını alıb. 


Tarix: 12-01-2020, 16:04
Xəbəri paylaş





Xəbər lenti