İraq şiə məktəbinin ən böyük alimi ayətullah Əli Sistaninin ayağı sınıb.
Ovqat.com xəbər verir ki, İranın dini lideri ayətullah Xamaneinin öz iraqlı həmkarına göndərdiyi müraciətdən belə anlaşılır.
Xamanei müraciətində Allah-Taalanın dərgahından Həzrət Ayətullah Sistaninin tez bir zamanda sağalmasını diləyib.
Məlumata görə, İraqın böyük təqlid mərcəyi ayətullah Sistani ayaq sınması səbəbindən iraqlı həkimlər tərəfindən əməliyyat olunub.