“Ukrayna dövlət orqanlarında indiyə qədər də yaramaz və əclaflar var".
Cebhe.info xəbər verir ki, bunu Ukraynanın qalmaqallı Baş naziri Aleksey Qonçaruk deyib. "Əlbəttə, bir çox məmurlar, bir çox yaramaz və əclaflar işləyir. Biz onları təmizləyirik, amma hələlik hamsıını təmizləmək mümkün olmayıb",- deyə Baş nazir bildirib.
O qeyd edib ki, bu şəxslərin bir çoxu indi diskomfort şəraitində yaşayır: “Onların bir çoxu ya hər şeyi itiriblər, ya da yaxın zamanda korrupsiya sxemindən məhrum qalacaqlar".
Qonçaruk bildirib ki, bu məmurlar ay ərzində milyonlarla dollar "pul yuyur": "Korrupsiyaya qarşı mübarizə çox sayda düşmən də qazandırır, ancaq biz yolumuzdan dönməyəcəyik".
Qonçaruk Ukrayna hökumətinə 29 avqust 2019-cu ildən rəhbərlik edir.