"Zamanı donduran" 63 yaşlı aktrisa CAVANLIQ SİRRİNİ AÇDI - FOTO-VİDEO
Tayvanın Tzilun şəhərindən olan "daim cavan" aktrisa və müğənni Çen Maifen cazibədarlığının sirrini açıqlayıb.
7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.
63 yaşlı qadın cavan görünüşü ilə bağlı pərəstişkarlarından hər gün onlarla iltifat alır.
1975-ci ildə, 19 yaşında "Gözəllik Kraliçası" tituluna layiq görülən Maifen 36 yaşında ölkənin ən nüfuzlu televiziya aparıcısı Çjan Səoyan tərəfindən "Tayvanın ən "qaynar" xalası" adlandırılıb.
Aktrisa hər səhər içinə bir neçə dilim zəncəfil atılmış şorba içdiyini deyib. O, hesab edir ki, məhz bu səbəbdən onun dərisi qocalmır.
Fitnes həvəskarı olmadığınından və idman zalına getməyi sevmədiyindən, həftədə 1-2 dəfə xüsusi təlimatçi ilə evdə məşq edir.
Hündürdaban ayaqqabıdan çox istifadə etdiyi üçün axşamlar ayaqyalın xususi maili dayağın üstündə dayanır. Bu, bütün bədənin ağırlığını dabanlarına yönəltməyə kömək edir.
Eyni zamanda Maifen əllərinə, ayaqlarına, oynaqlarına ovcunun içiylə vuraraq, masaj edir və bununla enerjinin bütün bədən boyu hərəkət etməsinə səbəb olduğuna inanır.
Çen pərəstişkarlarına və abunəçilərinə sosial şəbəkələrdəki dəstəyə görə təşəkkür edib və əlavə etdi ki, cavanlığının ən böyük sirri hər gün yaxşı əhval-ruhiyyədə olmaqdır.