Çində yayılan koronovirusun yeni növündən ölənlərin sayı artır.
Cebhe.info xəbər verir ki, artıq Mərkəzi Amerika ölkələri təhlükəsizlik tədbirlərini gücləndirib. Qvatemala, Panama, Kosta-Rika və Nikaraqua səhiyyə nazirlikləri artıq bunu bəyan edib.
Artıq ABŞ-da da ilk yoluxma qeydə alınıb. Şəxs Çindən gəlib və təhlükəsizlik tədbirləri təyyarələrdə başlamazdan əvvəl ölkəyə daxil olub.
Virusun vətəni olan Yuxanedə ölü sayı artıq 10-a çatıb. Ümumilikdə virusa yoluxanların sayının 400-dən artıq olduğu bildirilir. Təkcə son həftə sonunda yeni 140 yoluxma qeydə alınıb.
Cənubi Koreya, Yaponiya, Tayland, Sinqapur və Avstrliyada da yoluxanlar var.