Ukraynalı nazir maaşının azlığından gileyləndi: “Öncəki işimdə bundan çox qazanırdım”

Nazir maaşının azlığından gileyləndi: “Öncəki işimdə bundan çox qazanırdım”

Ukraynanın 29 yaşlı Təhsil və Elm naziri Anna Novosad maaşının azlığından şikayətlənib.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, 36 min qrivna ( təxminən, 3 min manat) maaş alan nazir bu pulla dolana bilmədiyini dilə gətirib:

“Aldığım maaş mənə normal həyat fəəliyyətim üçün kifayət etmir. Bu nazir olmadan öncə çalışdığım iş yerində aldığım maaşdan 10 min qrivna azdır. Öz evim var, maşınım isə dövlətindir. Mənim kinoya gedəcək vaxtım yoxdur. Vaxtı gələndə övlad istəsəm, ona bu maaşla baxa bilmərəm”.

Nazirin bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Tarix: 22-01-2020, 15:51
Xəbəri paylaş





Xəbər lenti