General son qərarını verdi: Ölkənin “giriş qapısı” vuruldu


General son qərarını verdi: Ölkənin “giriş qapısı” vuruldu

Türkiyəyə qarşı sərt mövqeyi ilə tanınan Liviya Milli Ordusunun komandanı general Həftər qəti qərarını verib.

Cebhe.info xəbər verir ki, məhz onun qərarı ilə ordu paytaxt Tripolinin dünyaya açılan qapısı olan Mitiga aeroportunun "Qrad" raketləri ilə vurulmasına dair əmr verib. 

Almaniya paytaxtı Berlində Liviya gərginliyinin aradan qaldırılması istiqamətində keçirilən görüşün nəticəsiz tamamlanması beləliklə bir daha özünü göstərib. Atəşkəs sazişinə əməl etməyən general Həftər paytaxt aeropotunu vurmaqla ölkənin nüfuzuna ciddi ziyan gətirib.

Xatırladaq ki, general Həftər Moskvada tərəflərin görüşündə danışıqlar masasını tərk edib. O, anlaşma sazişi ilə razılaşmayaraq Türkiyəyə qarşı çıxış ilə də gündəmə gəlib. 

Tarix: 22-01-2020, 20:39
Xəbəri paylaş





Xəbər lenti