Məktəbli Seyid Həccə getmək üçün 4 il pul topladı...–İbrətamiz-FOTOLAR+VİDEO
Dağıstan sakini olan 10 yaşlı Seyid Məhəmməd Baqandov müstəqil şəkildə Həcc ziyarəti üçün para yığıb.
Moderator.az-ın rusdilli İslam saytlarına istinadla verdyi xəbərdə deyilir ki, 4 il əvvəl bu balaca müsəlman anasını Həcc ziyarətinə yola salıb və onunla birgə Məkkəyə gedə bilmədiyindən çox üzülüb. O vaxt hələ 6 yaşı olan Seyid qətiyyətlə qərara gəlib ki, necə olursa-olsun, Həccə getməlidir. Oğlan 4 il ərzində inadla vəsait yığıb, böyüklərin ona verdiyi pulla şirniyyat və oyuncaq almaq əvəzinə, onları daxıla qoyub.
Xoşbəxtlikdən 2019-cu ildə 10 yaşlı məktəblinin anası Ümrəyə - kiçik Həcc ziyarətinə bilet qazanıb. Seyid Məhəmmədin əzmindən xəbər tutan Həcc operatorları ona güzəşt ediblər və anası ilə birlikdə Həcc ziyarətinə yollanmasına şərait yaradıblar.
“Mən orada daim məscidə gedirdim və o məkandan çıxmaq istəmirdim. Zəm-zəm suyu içdim və hətta Müqəddəs Kəbəyə də toxuna bildim”- deyə balaca zəvvar sevinclə söyləyir.
Seyid Məhəmmədin yeni hədəfi isə para toplayaraq böyük Həcc ziyarətinə yollanmaqdır.