Koronavirus yayılmağa dava edir: Avropaya da çatdı


Koronavirus

Çində yayılaraq bütün dünyada çaxnaşmaya səbəb olan korona virusunu yayıla ərazisi genişlənir. Virus artıq Avropaya çatıb.


Bizimyol.info xəbər verir ki, cnnturk-ün məlumatına görə Fransada iki nəfərdə bu virusun əlamətlərinin olduğu müəyyən edilib.

Çində 41 nəfərin ölümünə səbəb olan korona virusu  Paytaxt Parisdə və ölkənin cənub-qərb hissəsindəki Bordo şəhərində qedə alınıb. İki xəstənin daşıyıcı olduğu məlum olub. Xəstələrin xəstəxanada karantində olduğunu bildirən Fransanın Səhiyyə naziri Agnes Buzyn, yaxın günlərdə yeni xəstələrin tapılacağının ehtimal edildiyini bildirdi. Buzyn, virusun yayılmasının qarşısını almaq üçünbütün tədbirlərin görüləcəyini bildirib.

Ölkəsindəki 2 xəstə haqqında məlumat verən nazir Buzyn, Bordoda olan daşıyıcının 48 yaşındakı bir kişi olduğunu, bir gün əvvəl onun Çinin Vuhan şəhərindən qayıtdığını, yüksək hərarət və öskürək şikayəti ilə təcili yardım xəstəxanasına gətirildiyini bildirib.

Parisdəki xəstəxanada müayinə edildikdən sonra virusun daşıyıcısı olduğu aşkar edilən xəstə karantinə alındığı bildirilib. Getdiyi yerləri və görüşdüyü adamları siyahıya alan səlahiyyətlilər həmin şəxslərin gün ərzində müntəzəm olaraq qızdırmalarını ölçmək üçün əlaqə saxlayacaqlar.

Digər tərəfdən səlahiyyətlilər, xəstə olduqlarını düşünən vətəndaşları virusa yoluxmamaq üçün təcili yardım xəstəxanalarına getməməyə və təcili yardım xəttinə zəng edib evdə gözləməyə çağırdılar.

Siam.az

Tarix: 25-01-2020, 14:40
Xəbəri paylaş





Xəbər lenti