“ABŞ ya F-35-ləri göndərməli, ya da pulumuzu qaytarmalıdır” - ƏRDOĞAN



“ABŞ ya F-35-ləri göndərməli, ya da pulumuzu qaytarmalıdır” - ƏRDOĞAN

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan bu gün mətbuat nümayəndələri ilə görüşü zamanı ABŞ-dan F-35 qırıcılarının alınması məsələsindən bəhs edərkən ABŞ-ın ya bu təyyarələri Türkiyəyə verməli, ya da müqavilə çərçivəsində Ankaranın Vaşinqtona ödədiyi pulları qaytarmalı olduğunu söyləyib.

Prezident əlavə edib ki, ABŞ F-35 sövdələşməsi məsələsi ilə bağlı mövqeyini dəyişməsə, Türkiyə qırıcıları ya başqa ölkələrdən alacaq, yaxud da özü istehsala başlayacaqdır.


Tarix: 29-01-2020, 21:32
Xəbəri paylaş





Xəbər lenti