Rusiya Müdafiə Nazirliyi Yalta konfransında dair sənədlərin üzərində məxfilik qrifini götürüb.
Cebhe.info xəbər verir ki, liderlərin görüşünün 75-ci ildönümü ərəfəsində keçirilən görüşdə çəkilən nadir fotolar da üzə çıxıb. Görüş 1945-ci il fevralında Yaltada olub. Bu, o zaman idi ki, artıq sovet qoşunları Berlinin bir neçə km məsafəsində dayanmışdı. Müharibənin başa çatmasına qısa müddət qalırdı.
SSRİ, ABŞ, Böyük Britaniya liderlərinin görüşündən çəkilən nadir kadrlar çox olsa da, onları ancaq məhdud dairdə görüblər.
SSRİ rəhbərliyi həm görüşə, həm də görüşdə iştirak edəcək müttəfiq liderlərin təhlükəsizliyinə xüsusi diqqət ayırıb. Sənədlərdə göstərilir ki, görüşün keçiriləcəyi yarımada hər tərəfdən mühasirəyə alınıb. Cənub sərhədini artilleriya qoruyub. Düşmənin mümkün hücumunun qarşısını almaq üçün Qara dəniz akvatoriyasında təhlükəsizlik tədbirləri gücləndirilib, sualtı qayıqlar cəlb edilib.
Hava məkanını qorumaq üçün xüsusi tədbirlər görülüb. Krımın cənub sahilndəki limanlarda hərbi gəmilər hazır vəziyyətdə saxlanılıb.
Rabitə əlqəsinə xüsusi diqqət yetirilib. Amerika və Britaniya ilə radioəlaqə təmin eidlib. Hazırlıq və konfrans müddətində rabitə əlaqəsində heç bir problem müşahidə olunmayıb.