Rüşvət alan məmurların əlləri kəsilməlidir, səhlənkarları isə hamının gözü qarşısında güllələmək, ya da tikə-tikə doğramaq, yandırmaq lazımdır.
Qaynarinfo xəbər verir ki, bu sözləri Kaluqa rəhbərinin vəzifəsini icra edən Dmitri Denisov Kaluqanın əsas media rəhbərləri ilə görüşdə deyib.
Denisov Kaluqa sakinlərinin niyə hakimiyyətə etibar etmədiyini də bildirb və korrupsiyaya qarşı mübarizənin ekstremal üsullarını təklif edib:
"Aydın və ardıcıl bir mövqe olmalıdır: əgər biz haqsız çıxsaq, məsuliyyətə cəlb edilməli, lap yaxşısı güllələnməliyik. Ya da heç olmasa rüsvayçılıq dirəyinə bağlanıb yandırmaq lazımdır. Məmurlarınsa rüşvət aldıqları təqdirdə əlləri kəsilməli və kəsilmiş əlləri bir həftə meydanda qalmalıdır".
Çərşənbə günü isə Denisov "Podyom” nəşrinə açıqlamasında deyib ki, onun sözlərini ironiya kimi qəbul etmək lazımdır: "Bu sözlər kontekstdən çıxarılıb. Söhbət nəzarət və nəzarət fəaliyyətinin islahatından gedir. O haldan ki, bəzən inzibati tədbirlər bu cür səhlənkarlar üçün azlıq edir. Jurnalistlərlə açıq söhbət etmişdim. Bu söhbətin formatı media üçün nəzərdə tutulmamışdı. Mən istehza etmişdim, bir növ sarkazm”.