GƏRGİNLİK ARTIR! - Türkiyə 150 maşınlıq karvanla xüsusi təyinatlıları İdlibə göndərdi



GƏRGİNLİK ARTIR! - Türkiyə 150 maşınlıq karvanla xüsusi təyinatlıları İdlibə göndərdi

Hurriyyet.org xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən İdlibdəki nəzarət məntəqələrinə 150 maşınlıq hərbi karvanla xüsusi təyinatlılar və silah-sursat göndərilib.

Türkiyənin Milli Müdafiə Nazirliyi bugünkü açıqlamasında bildirmişdi: “Türkiyənin hər bir nəzarət məntəqəsi özünü qorumaq və lazımi qarşılığı vermək üçün kifayət qədər silah təminatına və qabiliyyətə malikdir”.

TSQ-nin xüsusi təyinatlılarının İdlibdə veriləcək hər bir tapşırığı yerinə yetirməyə hazır olduğu, əmr gözlədiyi bildirilir.

Tarix: 7-02-2020, 22:08
Xəbəri paylaş





Xəbər lenti