6,7 milyard mənimsəyən Arslanov həbs edildi

 
Rusiya Baş Qərargah rəisinin müavini, general-polkovnik Xəlil Arslanov mənimsəmə ittihamı ilə 2 ay müddətinə həbs edilib.

KONKRET.az RİA-ya istinadən xəbər verir ki, 235-ci qarnizon hərbi məhkəməsinin hakimi Andrey Tolkaçenko bununla bağlı qərar verib.

Xəlilov məhkəmə zalındaca həbs edilib.

Generalın hərbi texnikanın təmirinə ayrılmış 6,7 milyard rubl vəsaiti mənimsədiyi deyilir.

Tarix: 7-02-2020, 22:12
Xəbəri paylaş





Xəbər lenti