General Paşinyanı hədələdi - “Nəticəsi çox ağır olacaq”
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru general Artur Vanetsyan Nikol Paşinyan hökumətini ölkənin təhlükəsizliyini təhdid etməkdə ittiham edib.Teleqraf.com xəbər verir ki, general Ermənistan parlamentinin Konstitusiya əlavə və dəyişikliklərin
edilməsini nəzərdə tutan qanun layihəsinə münasibət bildirib.
“Ermənistanda qanunların pozulmasına ciddi cəhdlər edildi. Təhlükəsizliyi pozan və ölkəmizin beynəlxalq
reytinqinə zərbə vuran addımların nəticəsi çox ağır olacaq”, - deyə Vanetsyan vurğulayıb.
Qeyd edək ki, fevralın 6-da Ermənistan parlamenti Konstitusiya dəyişikliyi ilə bağlı referendumun
keçirilməsi haqda qətnamə qəbul edib. Referendum günü prezident tərəfindən təyin olunmalıdır.
Tarix: 8-02-2020, 21:55