ABŞ əsgərlərinə hücum oldu

 

ABŞ hərbçiləri Əfqanıstanda silahlı hücuma məruz qalıblar, yaralılar var.

Pravda.az-ın xəbərinə görə, bu barədə “France Presse” agentliyi ABŞ ordusunun Əfqanıstandakı nümayəndəsi polkovnik Sonni Leqqettaya istinadən məlumat yayıb.

“Nanqaharda birgə əməliyyat aparan amerikalı və əfqan hərbçilər 8 fevralda birbaşa hücuma məruz qalıblar. Hələlik nə qədər yaralı və ya ölünün olması barədə məlumatımız yoxdur”, - deyə mənbə bildirib.

Heç bir silahlı qruplaşma hələ ki hücuma görə məsuliyyəti üzərinə götürməyib.APA
Tarix: 9-02-2020, 07:15
Xəbəri paylaş





Xəbər lenti