Putin “Düşünürəm ki, çox çətindir” cavabını verib.Buna cavab olaraq qadın Putinin daha yüksək maaş aldığını dedi. Prezident isə ona bu sözləri deyib: “Yüksək maaş alan təkcə mən deyiləm. Daha yüksək maaş alanlar var. Prezident ən yüksək maaş almır”.
Qadın, həmçinin, dövlət tərəfindən müəyyən edilmiş yaşayış proqramı ilə ərzaq almaq mümkün olmadığından şikayətlənib və tək qadın olmağın çətin olduğunu deyib.
“Mən başa düşürəm.. Buna görə də, indi biz uşaqlı ailələrə dəstək olmaq üçün bütöv bir proqram həyata keçiririk. Mükəmməl proqramdır”. Prezident belə deyib.
O, Sankt-Peterburqun keçmiş meri Anatoli Sobçakın ölümünün 20-ci ildönümü ilə əlaqədar Sankt-Peterburqa gəlib.