İsraildə ilk hicablı polis həm yəhudilər, həm də müsəlmanlarda hiddət doğurdu...-FOTO


Sabrin Saadi: “Mən yalnız Allahdan qorxuram..."




İsraildə ilk dəfə peyda olmuş hicablı bir polis məmuru  ictimaiyyətin bu gerçəyə son dərəcə ziddiyyətli reaksiyasına tuş gəlib. 

Moderator.az  xəbər verir ki, bu haqda “AlBawaba” nəşri məlumat yayıb. 

Fələstin əsilli  müsəlman qadın olan Sabrin Saadi İsraildə hicab geyən ilk polis məmurudur. Sabrin özü iddia edir ki, polis iş üçün əla yerdir və bu, ona özünü tam ifadə etməsinə şərait yaradır. Qadın müsəlman dini və hicabı ilə fəxr edir. 

İsrail polis formasında və tünd göy rəngli şalda olan bir müsəlman qadının fotosu sosial şəbəkələrdə şiddətli reaksiya doğurub:  İsrail istifadəçiləri islamofob və anti-ərəb  şərhlər yayımlamağa başlayıb,  müsəlmanlar isə Sabrini İslam dünyasına düşmən bir ölkəyə xidmət etməkdə qınayırlar. 
 
Hicablı polis zabiti ərəb ictimaiyyətinin tənqidlərindən xəbərdardır. "Ancaq mən yalnız Allahdan qorxuram"- deyir Sabrin.

Sultan Laçın

Tarix: 21-02-2020, 10:58
Xəbəri paylaş





Xəbər lenti