Ukrayna Prezidenti Administrasiyasının qarşısında özünü yandırdı
Kiyev şəhərində bir kişi etiraz olaraq Ukrayna Prezidenti Administrasiyasının qarşısında özünü yandırıb.“Report” xəbər verir ki, həmin şəxs yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Məlumata görə, vətəndaş bu addımı torpaq məsələsinə görə atdığını bildirib.
Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Administrasiyasının qarşısında tibb işçilərinin aksiyası keçirilir. İnsidentin bu aksiya ilə heç bir əlaqəsinin olmadığı vurğulanıb.
Tarix: 26-02-2020, 17:37