Putinin Moldovada şəxsi şərab anbarı üzə çıxdı...-FOTOLAR






“Forbes” jurnalı Rusiya Prezidenti Vladimir Putinin Moldovanın Krikovo şəhərində şərab dolu anbarı olan zirzəmilərdən bəhs edib. 
Moderator.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki, Kreml liderinin orada şərab anbarının olması faktını 2017-ci ildə Moldova rəhbəri İqor Dodon Moskvadakı görüşü zamanı söyləyib. 

Jurnal Krikovo şərabçılıq müəssisəsinin 1952-ci ildə qurulduğunu və 50 hektar ərazini tutduğunu yazır. Burada 150-dən çox şərab növü istehsal edilir. 

2002-ci ildə anbarı ziyarət edən Putinlə yanaşı, Almaniya kansleri Angela Merkel və ABŞ-ın vitse-prezidenti Co Bayden də burada olub. 
Jurnal aydınlaşdırır ki, zavodu ziyarət edən hər bir siyasətçinin üzərində  adı  yazılmış lövhə olan şəxsi şərab kolleksiyası almaq hüququ var.

Sultan Laçın
Tarix: 28-02-2020, 09:15
Xəbəri paylaş





Xəbər lenti