NATO Türkiyəyə öz dəstəyini bir neçə fərqli üsulla göstərəcək
Türkiyənin istəyinə əsasən, NATO bu gün Suriya ilə bağlı 1 saat 10 dəqiqəlik fövqəladə konfrans keçirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, NATO-nun baş katibi Jens Soltenberq NATO-nun Türkiyəyə dəstəyinin davam edəcəyini bildirib.
“Suriyadakı vəziyyətlə əlaqədar olaraq Bəşər Əsədə zəng etdim və açıqlama verməsini istədim. Müttəfiqlər isə Türkiyənin İdlibdə əsgərlərini itirdiyinə görə, kədərli olduqlarını bildiriblər. Bəşər Əsədin hücumunu pisləyirik. Bildirirəm ki, bu hücum dayandırılmalı, beynəlxalq qanunlara əməl olunmalı və BMT-nin dəstəklədiyi sülh prosesləri davam etməlidir”, - NATO-nun Baş Katibi deyib.
Soltenberq NATO-nun Türkiyənin yanında oldğunu da əlavə edib: “2018-ci ildə Suriya ilə Türkiyə arasında imzalanan atəşkəs davam etməlidir. Əgər əksi olsa, humanitar böhran daha da pisləşəcək. Çünki hazırda İdlibdə yaşayanların vəziyyəti yaxşı deyil. NATO isə Türkiyənin yanındadır və Türkiyəni çox qiymətli bir müttəfiq kimi qiymətləndirir. Türkiyə milyonlarla qaçqına ev sahibliyi edir. Buna görə də NATO öz dəstəyini bir neçə fərqli üsulla Türkiyəyə göstərəcək. Bu dəstəklərdən biri isə havadan müdafiə yolları ilə olacaq. Bu, Suriyadan edilən hava hücumlarını dayandıracaq. NATO-nun cənub-şərq sərhədini qorumağa davam edəcəyik”.
Qeyd edək ki, Türkiyə 2015-ci ildə NATO-dan bəyannamənin 4-cü maddəsinin rellaşdırlımasını istəmişdi. Yalnız bundan sonra NATO Suriyadan gələn təhlükələrə qarşı Türkiyəyə yardım tədbirlərini qəbul etmişdi.