Bu o deməkdir ki, yeri gələndə Rusiya da, ABŞ da, Britaniya da, Fransa da və s. ortaq məxrəcə gəlib Türkiyəyə qarşı birləşirlər…
Özü də Putin hələ 2016-cı ildə demişdi ki, əgər Türkiyə Suriyada "Əl-Kaida"nı dəstəkləməkdə davam etsə, mən II Nikolayın I Dünya savaşında yarımçıq qalmış işini tamamlayacam və İstanbulu xristianlara qaytaracam...
“Vaşinqton-post” qəzetində Suriyadakı münaqişənin gərginləşməsi, türk əsgərlərinin şəhid olması və Ərdoğanın Suriyalı qaçqınların Avropaya buraxılması təhdidləri ilə bağlı məqaləyə münasibət bildirən amerikalı oxucular müxtəlif cür rəylər yazıblar. Onlar əsasən ABŞ-ın Rusiya-Türkiyə qarşıdurmasına müdaxilə etməməsini istəyir. Eyni zamanda bəziləri Trampı "kürdlərə xəyanət etməkdə" ittiham edirlər. Hətta Putinin Türkiyəyə qarşı savaş açmasına dəstək verənlər də var...
Moderator.az həmin şərhlərdən bəzilərini diqqətinizə çatdırır:
“Hrodland”
Məsələ ondadır ki, Putin II Nikolay kimi davrandı. Onun Türkiyə ilə müharibəyə başlaması üçün kifayət qədər gücü olacaq, ancaq qalib gəlməyə yox. Türkiyə daha üç milyon qaçqının qarşısını almayacaq. Putin və Əsəd Ərdoğanı küncə sıxdı. Ancaq türklərə qarşı heç bir halda belə edilə bilməz…
“TheRealDonald2”
İdlib- Suriyanın bir hissəsidir və Əsəd öz torpağını geri alana qədər sakitləşməyəcək. Ona ərazisini verin və müharibə bitəcək. İdlib uğrunda uzunmüddətli savaşmanın mənası nədir? Bu, terror ocağıdır. İdlib Əsədə qayıdana qədər müharibə davam edəcək...
“Genghis Trump”
Görünən budur ki, burada çoxları Türkiyənin yalnız bir qırmızı xətti - Suriyanın şimalında və ya İraqın şimalında müstəqil bir kürd dövlətinin yaradılmasının olduğunu anlamırlar. Bu baş verərsə, Türkiyə dərhal hücum edəcək. Özü də nizamsız heyətlə yox, tam qanlı bir işğal barədə danışırıq...
“Happy Widow”
Putin, artıq İstanbulu Konstantinopol et!..
“Elize88”
Kürdlər üçün bu, Əsədlə birləşmək və türk işğalçılarının burnunu əzmək üçün bir şansdır.
“Oakes”
Amerika kontingenti olsaydı, Türkiyə İdlibə giməyə cəsarət etməzdi. Etiraf edin, Tramp kürdləri öz talelərinin ümidinə buraxdı. Suriyanın şimalındakı hava zərbələri nəticəsində, daha çox türk əsgəri öldü.
“Al perez”
Üç diktator mübarizə aparır, günahsız insanlar əziyyət çəkir…
“Robert Maes”
Demokratlar Trampın qoşunları geri çəkməsindən narahatdırlar. Ümid edirəm fikrimizi dəyişdirməyəcəyik…
“Pat xristofor”
NATO üzvünə edilən hücum, bütün bloka edilən hücum hesab olunur. NATO şüarı: hamı bir nəfər üçün, bir nəfər hamı üçün. Buna görə Sovetlər soyuq müharibə dövründə də “butulkaya girmirdilər”. Görək, bu dəfə necə olacaq...
P.S. “Putin, artıq İstanbulu Konstantinopol et!” kimi şərhlərdən belə çıxır ki, ABŞ-da və Avropada İstanbulun “xristianların keçmiş paytaxtı” olmasını düşünənlər hələ də var. Və bəlkə elə XX əsrin əvvəlində olduğu kimi, yeri gələndə Rusiya da, ABŞ da, Britaniya da, Fransa da bu məsələdə ortaq məxrəcə gəlib Türkiyəyə, türk-İslam dünyasına qarşı birləşirlər... Bu haqda gizli sövdələşmələri də var... Və nə yazıqlar ki, bu təhlükə bu gün realdır...
P.P.S. Özü də Putin hələ 2016-cı ilin mayındakı bir əsəbi çıxışında demişdi ki, əgər Türkiyə Suriyada "Əl-Kaida"nı dəstəkləməkdə davam etsə, mən Çar II Nikolayın I Dünya savaşında yarımçıq qalmış işini tamamlayacam və İstanbulu xristianlara qaytaracam...
Sultan Laçın