İranın “Mehr News” agentliyinin yaydığı xəbərdə deyilir ki, Birləşmiş Ərəb Əmirliklərində anti-İran mövqeyində olan Səudiyyə Ərəbistanı, Misir və Bəhreyndən olan nazirlər gələn çərşənbə axşamı bir araya gələcək.
Görüş Ərəb Dövlətləri Liqası daxilində məsləhətləşmə xarakteri daşıyır. Adıçəkilən ölkələr İranı Ərəb dövlətlərinin daxili işlərinə müdaxilə etməkdə suçlayırlar.
Agentlik bildirir ki, ötən ilin sentyabrında oxşar görüş Misir paytaxtı Qahirədə keçirilmişdi. O vaxt yayılan bəyanatda deyilirdi ki, İran regionda təhlükəsizliyə və stabilliyə əngəl olaraq qalır.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Müsavi bildirib ki, dörd ərəb dövlətinin bu kimi ittihamları əsasızdır və keçmişdə buraxılmış siyasi səhvlərdən qaynaqlanır.
https://en.mehrnews.com/news/156206/UAE-to-host-anti-Iran-Arab-Ministerial-Quartet-Committee
Elbəyi Həsənli, Sürix
Musavat.com