Koronavirus Ukraynada da qeydə alındı
Ukraynada ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb. Pravda.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Lyaşko bildirib. Onun sözlərinə görə, xəstə Çernoviskoy bölgəsindədir.
Koronavirusa yoluxan şəxs İtaliyadan səfərdən qayıdıb.
Lyaşko əlavə edib ki, epidemioloqlar xəstə ilə təmasda olanların aşkar edilməsi istiqamətində iş aparır.
Tarix: 3-03-2020, 15:47