“Bu “virus” koronavirusdan daha təhlükəlidir” – Şimal qonşumuz hərəkətə keçdi...





Rusiya “informasiya virusu”nun koronavirusdan daha təhlükəli olduğunu elan edib və bu “virusdan” qorunmaq üçün hərəkətə keçib.

 

Moderator.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın hərbi dairələri çıxış edib. Son vaxtlar bütün dünyada informasiya müstəvisində təxribatların artdığını, bəzən bu təxribatların böyük miqyasda zərərlərə yol açdığı bildirən mütəxəssislər, məlum təhlükənin Rusiyanı da təhdid etdiyi qənaətindədirlər.

 

Koronavirus xəstəliyinin yayıldığı bir zamanda informasiya təxribatlarında bu xəstəliyin adından da istifadə edildiyini diqqət çəkən hərbi dairələr, informasiya təhlükəsizliyinin təmini istiqamətində əlavə tədbirlər görməyi vacib hesab edir. Rus hərbi yetkililərin fikrincə, əgər lazımi tədbirlər görülməzsə, o zaman “informasiya virusu”nun vurduğu ziyan koronavirusun vurduğu və ya vuracağı ziyandan daha çox ola bilər.

 

Hərbi dairələrin məlum bəyanatından sonra Rusiyada informasiya təhlükəsizliyinin təmini istiqamətində daha sərt addımların atılacağı, bu müstəvidə yasaq və qadağaların sayının artacağı gözlənilir.

 

Seymur ƏLİYEV

Tarix: 4-03-2020, 11:13
Xəbəri paylaş





Xəbər lenti